top
Xaçmazda 298 nəfərə sosial yardım düzəldən şəxs həbs edildi
13 may 2026, 13:45
- ↺ +

Xaçmazda 298 nəfərə sosial yardım düzəldən şəxs həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda 298 nəfərin ümumilikdə 578.989,26 manat ünvanlı dövlət sosial yardım almasına şərait yaradan şəxs həbs edilib. 

1982-ci ildə Xaçmaz rayonunda anadan olan Zamiq İ. barəsində  Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə açılan cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, Zamiq 2017-ci ildə bibisi oğlu, Xaçmaz rayonunun  Qaraqurtlu kənd sakini Naib Sahib oğlu İsmayıllını işlə təmin etdirəcəyinə söz verərək onun adına VÖEN açıb və fərdi sahibkar kimi qeydiyyatdan keçirib. Həmçinin Naibin adına rəsmiləşən "ASAN İmza"nı ona verməsini xahiş edib. 

Naib öz adına olan "ASAN İmza"nı təqsirləndirilən şəxsə təqdim etdikdən sonra Zamiq ondan istifadə edərək 2017-2020-ci illəri əhatə edən dövrdə ünvanlı dövlət sosial yardım almaq üçün ona müraciət edən 298 nəfərlə əmək müqaviləsi bağlanması barədə məlumatı əmək müqaviləsi bildirişi altsisteminə (ƏMBAS) daxil edib. Həmin şəxsləri fərdi sahibkar Naib Sahib oğlu İsmayıllının guya Xaçmaz rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsinə fəhlə kimi işə qəbul etirməklə onların dövlətdən ümumilikdə 578.989,26 manat almasına köməklik göstərib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yarım milyon manatdan çox ziyan vuran Zamiq elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, 298 nəfərlə faktiki iş yeri olmadan formal müqavilələr bağlayıb, nəticədə onlara ünvanlı sosial yardım verilməsinə yardımçı olduğunu deyib. Sosial yardım alanlar arasında öz qohumları da olub.

Zamiq deyib ki, savadsız olduğu üçün ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə müxtəlif şəxslərin fərdi sahibkar Naibin kənd təsərrüfatı sahəsinə formal olaraq işçi kimi qəbul edilməsinin cinayət olduğunu bilməyib.

Məhkəmənin hökmü ilə Zamiq 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (qaynarinfo)

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər