Quba rayonunun Qəçrəş kəndində Əjdər Hacıyevə məxsus evdə yanğın baş verib.
Shimal.News xəbər verir ki, yanğın axşam saatlarında baş verib. Nəticədə binaya ciddi ziyan dəyib.
İlkin məlumata görə, hadisə noyabrın 18-də saat 22:00 radələrində başlayıb. Evdə heç kəs olmayıb. Alovu görən qonşular tədbir görüblər.
Hadisə yerinə yanğınsöndürən avtomobillər cəlb olunub. Təhlükəsizlik məqsədilə kənddə elektrik enerjisinin verilməsi müvəqqəti məhdudlaşdırılıb. Yanğın saat 23:00 radələrində tam söndürülüb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara görə, alov qaz sobası ətrafında başlayıb. Dəqiq səbəblər araşdırılır.
Yanğın yerindən video görüntüləri İnstagram profilmizin "Story" bölməsində və Telegram kanalımızda izləyə bilərsiniz.