İsmayıllı rayonundan olan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin Sumqayıt Dənizkənarı Bulvar ərazisində batması barədə məlumat daxil olub.
Shimal.News-un məlumatına görə, bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Onu da qeyd edək ki, 20 yaşlı gəncin Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi olduğu da bildirilir.