Şimal rayonlarında aprelin 29-na olan faktiki hava açıqlanıb.
Bu baradə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər ərazilərə isə yağış yağır.
Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Şəki, Qaxda 8, İsmayıllıda 6, Şamaxı, Xızı, Xaltan, Ağsuda 5, Şabranda 3, Qubada 2, Xaçmaz, Zaqatala, Balakəndə 1 mm-dir.