Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) struktur dəyişikliyi aparılıb.
Redaktor.az-ın məlumatına görə, qurumun Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib.
Həmin şöbələrin bazasında SHXÇDX-nin Gəncə şəhər idarəsi yaradılıb.
Yeni yaradılan idarəyə rəhbərlik isə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi Ceyhun Əsədova həvalə edilib.
Qeyd edək ki, məlumat SHXÇDX tərəfindən təsdiqlənib.