Xaçmaz şəhərində qəzalı vəziyyətdə olan ağacla bağlı sakinlərin narahatlığına səbəb olan problem aradan qaldırılıb.
Shimal.News-un ictimailəşdirdiyi məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən tədbir görülərək təhlükə yaradan iri gövdəli şam ağacı kəsilib.
Hazırda ərazi təhlükəsiz vəziyyətə gətirilib, sakinlərin narahatlığına səbəb olan risk aradan qaldırılıb.