top
Shimal.News xəbərdarlıq etmişdi: Quba–Xaçmaz yolundakı təhlükəli ağac aşdı
Foto Video
02 iyun 2026, 14:37
- +

Shimal.News xəbərdarlıq etmişdi: Quba–Xaçmaz yolundakı təhlükəli ağac aşdı

Quba-Xaçmaz avtomobil yolunun Yergüc kəndi ərazisində yerləşən və uzun müddətdir təhlükə yaratdığı bildirilən iri çinar ağacı aşaraq yolu bağlayıb.

Xatırladaq ki, Shimal.News bu gün səhər saatlarında sözügedən ağacla bağlı xəbər yayımlayaraq, onun təxminən 45 dərəcə bucaq altında yol istiqamətinə əyildiyini və hər an aşaraq hərəkət iştirakçıları üçün təhlükə yarada biləcəyini diqqətə çatdırmışdı.

Sakinlərin sözlərinə görə, ağac aylardır təhlükəli vəziyyətdə olsa da, problem aradan qaldırılmamışdı. Son günlər müşahidə olunan küləkli hava şəraiti isə vəziyyəti daha da kritik həddə çatdırmışdı.

Təhlükə ilə bağlı səsləndirilən narahatlıqlar öz təsdiqini tapıb. Ağac yolun hərəkət hissəsinə aşaraq nəqliyyatın hərəkətində ciddi çətinlik yaradıb və yolun müvəqqəti bağlanmasına səbəb olub.

Sevindirici haldır ki, hadisə zamanı yoldan keçən nəqliyyat vasitələrinin üzərinə ağac düşməyib və xəsarət alan olmayıb. Lakin sakinlər bildirirlər ki, hadisənin daha ağır nəticələrə səbəb olmaması sadəcə təsadüf olub.

Hazırda ərazidə ağacın yoldan kənarlaşdırılması və hərəkətin bərpası istiqamətində tədbirlər görülməsi gözlənilir.




Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər