Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib.
Report.az-ın məlumatına görə, kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması çay üzərində olan keçidi dağıdıb. Nəticədə kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb.
Hazırda kənddə elektrik enerjisinin verilişində də fasilələrin olduğu qeyd edilir.