Şəkidə bir dam altında yerləşən iki yaşayış evində yanğın baş verib.
Shimal.News xəbər verir ki, hadisə şəhər ərazisində, 11 nömrəli tam orta məktəbin yaxınlığındakı döngədə qeydə alınıb.
Məlumata görə, yanğın əvvəlcə Xalis Sadıqova məxsus evdə başlayıb, daha sonra alov qonşu Etibar Sadıqovun evinə də keçib.
Hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb, lakin hər iki evə ciddi ziyan dəyib.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.