Şəki sakinini sahibsiz it dişləyib.
Gecə saatlarında 43 yaşlı şəhər sakini Eldar Əhmədov M.Füzuli adına parkın ərazisindən keçərkən sahibsiz itin hücumuna məruz qalıb.
Müxtəlif dərəcəli xəsarət alan sakin Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Gecəni xəstəxanada keçirən şəhər sakini həkimlərin rəyindən sonra müalicəsini davam etdirmək şərti ilə evə buraxılıb.
Mənbə: BizimMedia