Şəki rayonunun Köndələn kəndində məktəb binasında yanğın hadisəsi qeydə alınıb.
Apa.az-ın məlumatına görə, yanğın bu gün günorta saatlarında 1 mərtəbəli məktəb binasının zirzəmisində baş verib. Yanğının qarşısı dərhal alınıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.