Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Report.az-ın məlumatına görə, 1961-ci il təvəllüdlü Kiçik Dəhnə kənd sakini Ramis Növzət oğlu Məcidov evinin yaxınlığında yerləşən transformatorun içərisində olan elektrik naqillərinə toxunması səbəbindən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.