Şəkidə avtomobil piyadanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 9 radələrində Baş Zəyzid kəndi ərazisində qeydə alınıb.
Sürücü Tərlan Siracəddinov idarə etdiyi "Kamaz" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.