Şəki şəhərində dörd nəfər küçədə yırtıcı heyvanın hücumuna məruz qalaraq xəsarət alıb.
Shimal.News xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində şəhərin mərkəzində, M.Ə.Rəsulzadə prospektində baş verib.
71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqalın dişlədiyi bildirilir. Həmin şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
TƏBİB-dən Shimal.News verilən məlumata görə, pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.
Hazırda xəsarət alan şəxslərin vəziyyətinin stabil olduğu bildirilir. Onlar ambulator müalicə üçün evə buraxılıblar.