Şəki kəndində yerli sakini ilan sancıb.
Hadisə axşam saatlarında qeydə alınıb. Kənd sakini, 30 yaşlı Şirzad Qurbanoviç Süleymanov yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri görərkən ilan onun sağ ayağının pəncə nahiyəsini sancıb.
Yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya ilkin tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub.
Həkimlərin bildirdiyinə görə, Şirzad Süleymanovun vəziyyəti ağır olduğundan müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Lent.az