Şəki rayonu ilə Oğuz rayonu sərhədində zəlzələ baş verib.
Shimal.News xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.5, dərinliyi isə 35 kilometr olub.
Zəlzələnin hiss olunub-olunmaması və hər hansı fəsad barədə məlumat verilməyib.