Vətən Müharibəsi şəhidi Şöhrət Cəlilovun atası Mehman Rəsulov vəfat edib.
O, Xaçmaz şəhər qəbiristanlığında dəfn olunub.
1998-ci ildə Xaçmazda anadan olan Şöhrət Cəlilov Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Şöhrət Cəlilov oktyabrın 24-də Zoğalbulaq və Düdüklü kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, oktyabrın 28-də Xaçmaz şəhərində dəfn edilib.
Allah rəhmət eləsin! Məhrumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Mənbə: Unikal.az