Şamaxı rayonunda ailə-məişət münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.
37 yaşlı Anar Ağayev ailə münaqişəsi zamanı atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.az