top
Şamaxıda qəzada yaralananlardan biri reanimasiyadadır - YENİLƏNİB
06 avqust 2026, 10:24
- +

Şamaxıda qəzada yaralananlardan biri reanimasiyadadır - YENİLƏNİB

Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumat açıqlanıb.

TƏBİB-dən Shimal.News-a bildirilib ki, qəza nəticəsində xəsarət alan 3 nəfər kişi 6 avqust 2026-cı il tarixində saat 01:00 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər tərəfindən onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alanlardan 2005-ci il təvəllüdlü bir nəfərin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

2005-ci il təvəllüdlü digər iki nəfər isə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi məqsədilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunublar.

Qeyd edək ki, qəza Şamaxı şəhərinin Cəlil Məmmədquluzadə küçəsində baş verib. İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Faktla bağlı araşdırma aparılır.

9:50

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: Azərtac

Son xəbərlər

İdman
Dünən, 19:24

Oğuz stadionu baxımsızlıqdan yararsız vəziyyətə düşüb

Kriminal
Dünən, 18:03

Qəbələdə 71 yaşlı qadını avtomobillə vuran sürücüyə hökm oxundu

Hadisə
Dünən, 17:56

Zaqatalada qəzaya düşən 17 yaşlı yeniyetmə xəstəxanada öldü

Hadisə
Dünən, 17:43

Qusarda 4 yaşlı uşaq avtomobilin vurması nəticəsində ölüb

Cəmiyyət
Dünən, 17:14

Şəkidə 30 ildir təmir üzü görməyən yol: Sakinlər narazıdır

Cəmiyyət
Dünən, 16:23

Baş prokuror Qubada 31 vətəndaşı qəbul edib

Kriminal
Dünən, 16:08

Xaçmazda ər arvadını boru ilə döydü - Cinayət işi

Cəmiyyət
Dünən, 14:45

Şimalda fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirilib

Faydalı
Dünən, 13:58

Qəbələdə 32 metrlik müdafiə divarı araşdırılır

Cəmiyyət
Dünən, 13:12

Nazir Qəbələdə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 12:30

"Şəki" köhnə futbolçusunu geri qaytardı

Kriminal
Dünən, 10:50

Qəbələdə əkin sahəsini yandıran şəxs müəyyənləşdirilib

Hadisə
Dünən, 10:37

Balakən sakinləri bıçaqlandılar - Bakıda içki məclisi qanla bitdi

Cəmiyyət
Dünən, 10:01

Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır

Cəmiyyət
Dünən, 09:15

Qubada reklam idarəsinə yeni rəis əvəzi təyin edildi

Cəmiyyət
17 avqust 2026, 17:50

Xaçmazda təbii qazın verilişi niyə dayandı? – Səbəb məlum oldu

Cəmiyyət
17 avqust 2026, 17:37

Xudatın mərkəzində asfalt "dalğalanır" – VİDEO

Kriminal
17 avqust 2026, 17:18

Qəbələdəki qətlin pərdəarxası

Hadisə
17 avqust 2026, 15:55

Qubada "Mercedes" və "İveco" toqquşdu: 5 nəfər xəsarət alıb

Hadisə
17 avqust 2026, 14:39

Şamaxıdan olan görkəmli hüquqşünas Arif Əliyev vəfat edib

Cəmiyyət
17 avqust 2026, 14:35

Şabranda ekoloji fəlakət - Tullantılara kim nəzarət edir?

Cəmiyyət
17 avqust 2026, 12:57

Xaçmazlı hərbçiyə general-leytenant rütbəsi verildi

Faydalı
17 avqust 2026, 11:11

Bakı–Qəbələ–Bakı qatarlarının qrafiki dəyişir

Kriminal
17 avqust 2026, 10:34

Balakəndə qarğıdalı sahəsində 21 kiloqram narkotik aşkarlanıb

Oxşar xəbərlər