Şabran rayonunun Çölquşçu kənd sakini, 52 yaşlı Kamil Sabir oğlu Mirzəyevin meyiti göldə aşkar edilib.
Meyit tapılmamışdan əvvəl onun itkin düşdüyü barədə məlumat yayılıb və axtarışlar aparılıb.
K. Mirzəyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: Lent.az