top
Qusarda qəribə cinayət: Traktor qaçırdı, aptekdə hədə-qorxu gəldi
29 aprel 2026, 10:24
- ↺ +

Qusarda qəribə cinayət: Traktor qaçırdı, aptekdə hədə-qorxu gəldi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quldurluq və nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə təqsirləndirilən İsmət İbrahimovun (ad soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə o, 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, əvvəlcə nəqliyyat vasitəsini qanunsuz yollarla ələ keçirib, daha sonra isə aptekdə quldurluq əməli törədib.

Belə ki, 17 may 2025-ci ildə İsmət İbrahimov əvvəlcə Qusar rayonunun Lanqı kəndi ərazisində yol kənarında nəzarətsiz qalan "MTZ-82" markalı traktoru ələ keçirib.

O, traktoru işə salaraq Quba istiqamətində hərəkət edib. Lakin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla müəyyən olunub ki, bir neçə gün sonra o, Qusarçayın sağ sahilində yerləşən apteklərdən birinə daxil olub.

Təqsirləndirilən şəxs reseptlə aldığı dərmanların pulunu ödəmədən aptekdən çıxmaq istəyib.

Aptek əməkdaşları İsmətdən ödəniş tələb etdikdə isə üzərində olan mətbəx bıçağını göstərərək onlara hədə-qorxu gəlib və dərmanları ələ keçirib.

Məhkəmədə ifadə verən İsmət İbrahimov özünü qismən təqsirli bilib.

O bildirib ki, traktoru oğurlamaq yox, evə getmək üçün götürüb, aptekdə isə pulu olmadığı üçün təşvişə düşərək bıçaq çıxarıb.

Onun sözlərinə görə, heç kimə xəsarət yetirmək niyyəti olmayıb.

Məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsə 4 il 2 ay həbs cəzası verib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər