top
Qubalılar çarəsiz qaldılar: Sel körpünü apardı
Video
03 aprel 2026, 12:02
- ↺ +

Qubalılar çarəsiz qaldılar: Sel körpünü apardı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Qamqam kəndində yaranmış vəziyyət sakinləri çıxılmaz duruma salıb. Kəndi iki hissəyə ayıran Çağacuq çayı üzərində körpünün dağılması səbəbindən insanlar günlərdir digər tərəfə keçə bilmirlər.

Shimal.News-a danışan sakinlərin sözlərinə görə, əvvəllər çayın üzərində dəmir konstruksiyalı körpü olub və həm piyadalar, həm də nəqliyyat vasitələri ondan rahat istifadə edib. Lakin ötən ilin aprel ayında yağan güclü yağışlar nəticəsində yaranan sel körpünü tamamilə dağıdıb.

Bundan sonra kənd camaatı öz vəsaiti hesabına körpünü yenidən bərpa edib. Ancaq bu dəfə də uzunömürlü olmayıb - sonradan baş verən növbəti sel həmin körpünü də yuyaraq aparıb.

Hazırda kənd faktiki olaraq iki hissəyə bölünüb. Sakinlər bildirirlər ki, çayın digər tərəfində qalan evlərə getmək üçün insanlar məcbur qalaraq suyun içindən keçirlər. Bu isə xüsusilə yaşlılar, uşaqlar və xəstələr üçün ciddi təhlükə yaradır.

"Günlərdir kəndin digər tərəfinə gediş-gəliş yoxdur. Xəstəsi olan da var, uşağı olan da. Heç kim maraqlanmır ki, bu insanlar necə hərəkət edir, necə ərzaq alır. Bəlkə ac qalanlar var", - deyə kənd sakinləri narazılıqlarını dilə gətiriblər.

Onların sözlərinə görə, hazırda vəziyyət o həddə çatıb ki, hətta traktor belə çayı keçə bilmir. Sel nəticəsində çayın məcrası dəyişib, dərinlik və axın güclənib.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, problemlərinin həll olunmadığını bildirirlər. Kənd əhalisi heç olmasa müvəqqəti taxta körpünün qurulmasını tələb edir.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimovla əlaqə saxladıq. O bildirib ki, oxşar hallara rayonun bir neçə ərazisində rast gəlinir:

"Hazırda vəziyyət araşdırılır, müvafiq qurumlara məlumat veriləcək", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər