Quba rayonunun 2-ci Nügədi kənd sakini, 2002-ci il təvəllüdlü Vüsal Tərlan oğlu Bədəlov 10 iyun 2026-cı il tarixində yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Yaxınlarının Shimal.News-a verdiyi məlumata görə, Vüsal Bədəlov əqli qüsurlu şəxsdir. O, sonuncu dəfə iyunun 30-da Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Misir parkı ərazisində görülüb. Həmin vaxtdan etibarən onun harada olması barədə heç bir məlumat yoxdur.
Ailəsi və yaxınları Vüsal Bədəlovu görən və ya onun barəsində hər hansı məlumata malik olan şəxslərdən aşağıdakı əlaqə nömrələri ilə əlaqə saxlamalarını xahiş edirlər:
• 070 311 10 52
• 070 377 91 07