TƏBİB-dən Shimal.News-a bildirilib ki, Quba rayonu Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 azyaşlı) 06.08.2026-cı il tarixində saat 09:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları təyin edilib.
1973-cü il təvəllüdlü (kişi) və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
10:30
Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı–Quba avtomobil yolunun Quba rayonunun Pirvahid kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Shacman" markalı yük avtomobili, "Kia" və "Toyota Prius" markalı minik avtomobillərinin toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Hadisə zamanı xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların sayı və sağlamlıq vəziyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Azərtac