Quba rayonunun Yuxarı Tüləkəran kəndi istiqamətində avtomobil yolunda torpaq sürüşməsi davam edir.
Shimal.News-a məlumat verən sakinlərin sözlərinə görə, yolun bəzi hissələrində çökmə və sürüşmə prosesi hələ də dayanmayıb. Bu isə həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də sürücülər üçün təhlükə yaradır.
Yerli sakinlər bildirirlər ki, ərazidə vəziyyətin daha da ağırlaşmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var. Onlar aidiyyəti qurumları yolun vəziyyətini yerində qiymətləndirməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırlar.