Quba şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.New xəbər verir ki, Heydər Əliyev prospekti ilə Hacıtağı Rüstəmov küçəsinin kəsişməsində "VAZ-2106" və "Kia" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, "VAZ" "STOP" nişanının tələbinə əməl etməyib və qəza törədib. Nəticədə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub və araşdırma aparılır.