Quba rayonunun Davudoba kənd ümumi orta məktəbində uzun illər müəllimlik fəaliyyəti göstərən Almas Daşdəmirov vəfat edib.
Shimal.News-un əldə etdiyi məlumata görə, Almas müəllim ömrünü təhsilə və gənc nəslin yetişdirilməsinə həsr edib. O, peşəkarlığı, sadəliyi və insanpərvərliyi ilə həm şagirdlərin, həm də həmkarlarının rəğbətini qazanıb.
Sakinlərin sözlərinə görə, mərhum kəndin ağsaqqalı kimi də böyük hörmətə sahib olub. Onun məsləhətləri və xeyir-duası kənd sakinləri üçün hər zaman dəyərli olub.