Quba rayonunun Çinarlı (Alekseyevka) kəndində məktəbin qarşısındakı yolda yük avtomobillərinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə bağlı DİN-dən açıqlama verilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Shimal.News-a bildirilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq ərazidə yük avtomobillərinin hərəkətinə 08:00-dan 18:00-dək məhdudiyyət tətbiq olunub.
"Məhdudiyyətin qüvvədə olduğu saatlarda 8 tondan artıq yük avtomobilləri ilə hərəkət edən sürücülər müəyyən edilərək barələrində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.
Sürücülərdən yol nişanlarının tələblərinə ciddi əməl etmələri və müəyyən edilmiş məhdudiyyətləri nəzərə almaları xahiş olunur".
***
Bakı-Quba yolunun Qaraçay kəndi ərazisindən keçən hissəsində təhlükəli an yaşanıb.
Shimal.News xəbər verir ki, ötən gün Qubada əsən güclü külək yol kənarındakı iri ağacı aşırıb. Ağac həmin vaxt hərəkətdə olan avtomobilin üzərinə düşüb.
Sürücü son anda manevr edərək ağacın üzərinə düşməsindən yayınıb. Şahidlərin sözlərinə görə, sürücü bir an belə geciksə və ya avtomobili sağa daha çox çəksə idi, ciddi qəza baş verə bilərdi.
Hadisə arxadan hərəkət edən avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik.