Zaqatala sakini polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Hadisə paytaxtın Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində qeydə alınıb.
23 yaşlı Arif Bədəlov (şərti ad) səhər saat 05:00 radələrində sərxoş vəziyyətdə küçədə siqaret çəkib və kötüyü yerə atıb. Ərazidə xidmət aparan polis əməkdaşları ona irad bildirdikdə, gənc qanuni tələbə məhəl qoymayıb.
O, saxlanılaraq barəsində inzibati protokol tərtib edilib. Məhkəmədə əməlindən peşman olduğunu bildirən Zaqatala sakini yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Mənəbə: Lent.az