Quba rayonunda oğul atasına xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə yanvarın 27-də gecə saatlarında rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Teymur yaşadığı evdə atası ilə mübahisə edib.
Mübahisə zamanı o, atasının barmağını dişləyib, daha sonra çaydanla qoluna zərbə endirərək xəsarət yetirib.
Məlumata görə, həmin vaxt Teymur spirtli içkinin təsiri altında olub.
Faktla bağlı cinayət işi açılsa da, məhkəmədə tərəflər barışıb. Zərərçəkmiş şikayətini geri götürdüyü üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.