Qubanın Pirvahid kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Hadisə kənd sakini Tarverdiyev Qəzənfər Ənvər oğluna məxsus, ümumi sahəsi 320 kvadratmetr olan (hər mərtəbəsi 160 kvadratmetr) ikimərtəbəli yaşayış evində baş verib.
Nəticədə evin dam örtüyü və ikinci mərtəbəsinin 130 kvadratmetrlik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının müdaxiləsi sayəsində ikinci mərtəbədə yerləşən bir otaq, eləcə də birinci mərtəbə yanğından mühafizə olunub.
İlkin məlumata görə, yanğının elektrik şəbəkəsində baş vermiş qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa.az