Qubada M.Ə. Rəsulzadə küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, hadisə saat 9:00 radələrində qeydə alınıb. Qara rəngli avtomobilin "STOP" nişanının tələbini gözləmədən hərəkət etdiyi və nəticədə "Opel" markalı avtomobillə toqquşduğu bildirilir.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Xəsarət alan olmayıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.