Quba rayonunun mərkəzində yerləşən hotellərdən birində meyit tapılıb.
Lent.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xanuka Semyonoviç Panivilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti qaldığı hotel otağında aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.