Quba rayonunda azyaşılının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 5-ci sinif şagirdi X. Məmmədov qardaşı ilə birlikdə Qudyalçaya çimməyə gedib. Bir müddət çayda çimən uşaqlara sahildə yerləşən arı yuvasından çıxan arılar hücum edib. Qorxuya düşən uşaqlar müxtəlif istiqamətlərə qaçıblar.
Bu zaman azyaşılının təsərrüfat sahələrinin suvarılması üçün nəzərdə tutulmuş, yerli sakinlərin "damba" adlandırdığı su kanalına düşdüyü bildirilir.
Məlumata görə, azyaşılının meyiti hadisə yerindən təxminən 5 kilometr aşağıda, "Asma körpü" adlanan ərazidə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.