Quba şəhər sakini, 60 yaşlı Rövşən Qəniyevin meyiti "NAZ Lifan" markalı avtomobildə aşkar edilib.
Bizim.Media-nın məlumatına görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti qeydə alınmayıb.
Ölümün dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.