Quba rayonunda 48 yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə iyulun 8-də saat 18 radələrində rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1978-ci il təvəllüdlü Tərlan Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti ona məxsus yarımtikilidə aşkar edilib.
Məlumata görə, Tərlan Abdullayev əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Mənbə: Oxu.az