Quba-Xınalıq yolunun 39-cu kilometri müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə yolun genişləndirilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlərə başlanılıb.
Hazırda əraziyə xüsusi texnika cəlb edilib. Yolun alt yamacında yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması və hərəkət hissəsinin genişləndirilməsi məqsədilə iri qaya parçaları xüsusi avadanlıqlar vasitəsilə doğranır.
İşlər başa çatana qədər həmin hissədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Mənbə: Bizim.Media