Quba-Xaçmaz yolunda xəsarətlə nəticələnən qəza baş verib.
Shimal.News-a daxil olan məlumata görə, yol-nəqliyyat hadisəsi saat 17:00 radələrində baş verib. "Prado" markalı avtomobil "VAZ-2104" markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb.
Nəticədə "VAZ"ın sürücüsü, 50 yaşlı Bayoba kənd sakini təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.