Quba şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, qəza bu gün səhər saat 08:55 radələrində qeydə alınıb. "Qafqaz Oil" yanacaq doldurma məntəqəsinin yaxınlığında "KIA" markalı avtomobil "Lexus" markalı avtomobilə çırpılıb.
İlkin məlumata görə, hadisədə xəsarət alan olmayıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.