Qəbələ rayonunda tövlədə baş verən yanğın nəticəsində tikiliyə və ot bağlamalarına ziyan dəyib.
Shimal.News xəbər verir ki, hadisə rayonun İmamlı kəndində qeydə alınıb. Ümumi sahəsi 96 kv.m olan tövlənin yanar konstruksiyaları və 5 ton ot bağlaması yanıb.
Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri alovu söndürərək onun ətrafa yayılmasının qarşısını alıblar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.