Salyanın Qaraçala qəsəbəsi ərazisində bədbəxt hadisə baş verib.
Qafqazinfo.az-ın məlumatına görə, Qəbələ rayon sakini, 1975-ci il təvəllüdlü Şahnəzər Hafizov iyunun 3-ü saat 13:00 radələrində işlədiyi istixanada elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.