top
Qaxda un kisəsindən görün nə ÇIXDI
02 aprel 2026, 15:35
- ↺ +

Qaxda un kisəsindən görün nə ÇIXDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qax rayonunda qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə baş verib.

Rayon sakini Svetlana Mahsimova Qaxdakı un məmulatları mağazasından Gəncə Dəyirman MMC-yə məxsus "Mihriban" markalı un kisəsi alıb.

Kisəni evdə açarkən içərisindən yad cism çıxıb. Qadının iddiasına görə, bu, siçovulun quyruğu olub:

 "Çörəyi evdə bişirdiyim üçün unu kisə ilə alıram. Qaxın un məmulatları dükanından 50 kiloqramlıq un kisəsi aldım. Kisənin ağzı bağlı idi. Açıb bir az götürdüm və ələdim. Növbəti dəfə götürəndə əlimə nəsə toxundu. Ürəkbulandırıcı göründüyü üçün salfetlə götürdüm. Diqqətlə baxanda şoka düşdüm. Siçovulun qurumuş quyruğu idi. İyrəndim, ürəyim bulandı və halsızlaşdım".

O bildirib ki, məsələ ilə bağlı məhsulu aldıqları mağazaya müraciət edib və aşkar olunan yad cism dükan sahibinə təqdim olunub.

Şikayətçi əlavə edib ki, un kisəsinin üzərində qeyd olunan nömrələr vasitəsilə zavodla da əlaqə saxlayıblar:

 "Un kisəsinin üzərindəki nömrələrə zəng etdik. Zavoddan bildirdilər ki, belə bir halın baş verməsi mümkün deyil. Mən də bu vəziyyətə təəccübləndim. Axı neçə nəfər undan istifadə edir. Ona görə mediaya müraciət etdim ki, insanlar diqqətli olsunlar".

Məsələ ilə bağlı Gəncə Dəyirman MMC-nin direktoru Məhəmməd Ərsoy iddiaları qəbul etməyib:

"Bizdə belə bir halın baş verməsi mümkün deyil. Texnoloji proses buna imkan vermir. Mihriban unu bizim markamızdır və bizdə qablaşdırılır. Mən satıram Əliyə, Əli də Vəliyə… Vəlinin anbarında bulaşıbsa, mən nə edə bilərəm? Mən necə bilə bilərəm ki, o harada olub? Bəlkə şantajdır?! AQTA-ya müraciət olunubsa, gəlib yoxlasınlar, cavab verək".

AQTA-nın şöbə müdiri İlkin Kərimov isə məsələnin nəzarətə götürüldüyünü və araşdırılacağını bildirib.

Mənbə:BizimMedia

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər