Qaxın Ləkit-Kötüklü kəndində bıçaqlanma hadisəsi baş verib.
Kənd sakini, 43 yaşlı İlkin Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Məlumata görə, o, kəsilmiş-deşilmiş xəsarətlər alıb. Hazırda yaralının müalicəsi davam etdirilir.
Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, İlkin Babayev iki uşaq atasıdır və Vətən müharibəsi qazisidir.
Mənbə: Lent.az