Qax rayonunda hava şəraiti kəskin dəyişib.
Shimal.News xəbər verir ki, hazırda rayonun Qaxbaş kəndi ərazisinə güclü dolu yağıb.
Məlumata görə, noxud iriliyində yağan dolu bir neçə dəqiqə davam edib.
İlkin ehtimallara əsasən, dolunun kənd təsərrüfatı sahələrinə və təsərrüfatlara ziyan vurduğu istisna edilmir.