Oğuz rayonunda yük avtomobilində yanğın baş verib.
Shimal.News xəbər verir ki, hadisə Qumlaq kəndi ərazisində yerləşən tarlada qeydə alınıb. Buğda daşıyan yük avtomobili hərəkətdə olarkən anidən alışıb.
Nəticədə "TIR" tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Avtomobildə olan 25 ton buğdanın da bir hissəsi yanğın nəticəsində məhv olub.
Hadisənin başvermə səbəbləri araşdırılır.