Oğuz rayonunda bu gün səhər saatlarında kafe yanıb.
Shimal.News-un məlumatına görə, yanğının baş vermə səbəbi məlum deyil. Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Hadisə nəticəsində ümumi sahəsi 65 kvadratmetr olan iaşə obyekti içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.