Şamaxı rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Məlikçobanlı kəndinə Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində kənd sakini Ağayar Ağaverdi oğlu Ağayevə məxsus, ümumi sahəsi 35 kvadratmetr olan birmərtəbəli yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb.
İlkin məlumata görə, ev sahibi ailə münaqişəsi zəminində öz evini qəsdən yandırıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo.az