İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report.az-ın məlumatına görə, hadisə rayonun Şirin su adlanan ərazisində qeydə alınıb.
Qəza zamanı "Ford", "Hyundai" və "VAZ 21011" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.