top
İsmayıllıda tarixi qalanı dağıdanlar sərbəst buraxıldı
08 may 2026, 22:20
- ↺ +

İsmayıllıda tarixi qalanı dağıdanlar sərbəst buraxıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı Rayon Məhkəməsində ölkənin ən qalmaqallı mədəni irs cinayətlərindən biri ilə bağlı qərar çıxarılıb.

Musavat.com-un məlumatına görə, İsmayıllı rayonu ərazisində yerləşən, IX-XII əsrlərə aid tarixi Niyal qalası ərazisində qanunsuz qazıntılar aparmaqda, şahların qızıllarını axtarmaqda və abidəyə ciddi ziyan vurmaqda ittiham olunan şəxslərlə bağlı cinayət işinə xitam verilib. Beləliklə, aylarla tarixi qalada düşərgə quran, səngərlər qazdıran, ağır texnika və metal detektorları ilə xəzinə ovuna çıxan şəxslər məhkəmə zalından sərbəst buraxılıblar.

Söhbət illərdir müxtəlif bölgələrdə "qızıl ovçuları" kimi tanınan şəxslərdən gedir.

İstintaq materiallarında qeyd olunur ki, Namiq Şahmalıyev və Sabit Novruzov qabaqcadan əlbir olaraq Niyal qalasının Qərb bürcü hissəsində qanunsuz qazıntılar aparıblar. Qazıntılar zamanı qala divarlarına və müşahidə məntəqəsinə ciddi ziyan vurulduğu müəyyən edilib.

Ötən il Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aşkarlanan fakt üzrə cinayət işi başlanılmışdı. Lakin uzun müddət davam edən məhkəmə prosesinin yekununda işə xitam verilib.

Qeyd edək ki, Niyal qalası Şirvanın şahlarının orta əsr müdafiə sisteminin mühüm hissələrindən biri hesab olunur. Qala Lahıc-Basqal istiqamətində strateji yüksəklikdə yerləşir və IX-XII əsrlərdə bölgəni nəzarətdə saxlamaq məqsədilə istifadə olunub. Həmin dövrdə Azərbaycan ərazisində Şirvanşahlar dövləti hakim idi. IX əsrdən etibarən güclənən Şirvanşahlar Xəzərdən dağlıq ərazilərə qədər geniş ticarət yollarına nəzarət edir, böyük sərvətlər toplayırdılar. Şamaxı, Bakı və Şirvanın digər şəhərləri İpək Yolunun əsas ticarət mərkəzlərindən sayılırdı. Ərəb və fars mənbələrində Şirvan hökmdarlarının qızıl, gümüş və qiymətli əşyalarla zəngin xəzinələrə sahib olduqları qeyd olunur.

Məhz buna görə illərdir bölgədə Şirvanşahların gizli xəzinələri, şah qızılları, qala altındakı tunellər barədə saysız-hesabsız əfsanələr dolaşır. "Qızıl ovçuları" da məhz bu miflərin arxasınca düşərək tarixi abidələri dağıdırlar.

Mənbələrin bildirdiyinə görə, Niyal qalasında qazıntı aparan şəxslər əvvəllər Babaratma türbəsi ərazisində də qanunsuz qazıntılar zamanı saxlanılmışdılar.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər