İsmayıllıda qəzada ölən və yaralananların kimliyi məlum olub.
Ölənlərdən biri 2026-cı il təvəllüdlü körpə, digəri 60 yaşlı Elina Məmmədovadır.
Qəza nəticəsində 29 yaşlı Türkanə Sadıqova, 25 yaşlı İlahə İsmayılova, 25 yaşlı Məmməd Məmmədov, 25 yaşlı Faiq İsmayılov və 25 yaşlı Zahid Nuriyev isə xəsarət alıb.
***
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.аz